Berbok ABŞ-nin sanksiyalarına qarşı çıxdı

Dünya

08.02.2025 10:56

2699

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı tətbiq etdiyi sanksiyalara etiraz edib. 

TodayPress xəbər verir ki, Berbokun sözlərini Almaniya XİN-in mətbuat xidməti yayıb. 

Onun sözlərinə görə, məhkəmənin fəaliyyətinin dayanması Rusiya Prezidenti Vladimir Putini sevindirəcək. 

“BCM işini davam etdirə bilməsə, bu, Putin üçün ən böyük sevinc olacaq” Berbok deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalamışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qərara münasibət bildirərək qeyd etmişdi ki, ABŞ-nin BCM-ə qarşı sanksiyalarının Rusiyaya heç bir aidiyyatı yoxdur. 

Qiymət Mahir

tag: Rusiya,ABŞ,Tramp,Putin,XİN,Todaypress.az,