Berbok Qərbə çağırış etdi
Almaniyanın xarici işlər naziri vəzifəsindən ayrılan Annalena Berbok ABŞ-nin Ukrayna münaqişəsinin həllində vasitəçilik təşəbbüslərini müsbət dəyərləndirib. O, bununla yanaşı Qərbi Rusiyanın “aldadıcı manevrlərinə uymamağa” çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Berbok qeyd edib ki, real dialoq yalnız o zaman mümkündür ki, atəşkəs heç bir əlavə şərt və güzəştlə əlaqələndirilməsin:
“ABŞ-nin vasitəçi rolunu üzərinə götürməyə çalışması müsbət haldır. Amma eyni zamanda özümüzü aldatmamalıyıq”.
Qiymət Mahir
tag: Almaniya,XİN,Annalena Berbok,Qərb,Çağırış,Todaypress.az,