Berlin Ukraynanı dəstəkləyəcək
Almaniya hökuməti mayın 15-i İstanbulda keçirilməsi nəzərdə tutulan Rusiya-Ukrayna danışıqlarına dəstək göstərməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bazar ertəsi keçirilən brifinqdə məlumat verib.
“Almaniya federal hökuməti danışıqlarda iştirak etməyə hazırdır, hazırda bu məsələ razılaşdırılır. Əsas müzakirə tərəfləri Rusiya və Ukrayna olacaq, lakin Avropa tərəfdaşları olaraq dəstək təklif ediləcək” deyə Kornelius bildirib.
Kornelius həmçinin qeyd edib ki, atəşkəs əldə olunmadan danışıqların baş tutması məsələsinə qərarı Ukraynanın özü verməlidir.
“Rusiya tərəfindən Ukrayna ilə danışıqlara dair konkret təklif irəli sürülüb. Ukrayna bu formatda danışıqlara qoşulub-qoşulmayacağına özü qərar verməlidir” deyə o əlavə edib.
Qiymət Mahir
tag: Almaniya,Rusiya,Ukrayna,Berlin,todaypress.az,