Berlində Ukraynaya silah tədarükünə etiraz etdilər

Dünya

27.04.2025 18:40

13

Berlində bir neçə yüz nəfər sağçı qüvvələrin təşkil etdiyi aksiyada iştirak edib. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onlar Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.

Aksiyanı “Almaniya üçün birlikdə” qrupu təşkil edib. Etirazçılar Qırmızı Bələdiyyə binasından şəhər mərkəzindən keçərək Potsdamer meydanına qədər yürüş ediblər. Polisin məlumatına görə, yürüşdə maksimum 500 nəfər iştirak edib.

Təşkilatçılar bildiriblər ki, aksiyanın əsas tələbləri sərhəd nəzarətinin gücləndirilməsi, Ukraynaya "Taurus" raketlərinin verilməsindən imtina edilməsi və Almaniyanın miqrasiya siyasətinin dəyişdirilməsidir.

Qiymət Mahir

tag: Berlin,Ukrayna,Silah,Almaniya,todaypress.az,