Berlinin mərkəzində atışma baş verdi

Dünya

20.04.2025 14:30

11

Aprelin 20-i səhər tezdən Berlinin mərkəzində "Hilton" otelinin yaxınlığında atışma baş verib. 

TodayPress xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Təxminən saat 04:45 radələrində Berlində, Mohrenstrasse və Şarlottenstrasse kəsişməsində yerləşən "Hilton" otelinin yaxınlığında atışma baş verib" deyə bildirilib.

Nəşrin məlumatına görə, insident nəticəsində azı bir nəfər xəsarət alıb. Atışma yeri mühasirəyə alınıb. Araşdırmalar davam edir.

Töhfə Səməd 

tag: Hilton,Almaniya,Atışma,todaypress.az,