Beş yaşlı uşaq qadını öldürdü

Dünya

15.03.2025 15:15

1271

İtaliyanın Milan şəhərində velosiped sürən beş yaşlı uşaq 87 yaşlı qadının ölümünə səbəb olub. 

TodayPress xəbər verir ki, bu barədə "Corriere della Serra" məlumat yayıb. 

Belə ki, uşağın atası ona parkda ikitəkərli velosiped sürməyi öyrədib. Uşaq qəfildən idarəetməni itirərək, yaşlı qadına çırpılıb.

Nəticədə o yıxılaraq başını yerə vurub.

Təcili yardım çağırılsa da, həkimlər onu xilas edə bilməyiblər.  Hadisədə uşağın atası günahlandırılıb.

Adam öldürməyə görə o, 200 min avro cərimələnib. Lakin sonda məhkəmə onu təqsirsiz hesab edib.   

Türkan İsgəndərli

tag: İtaliya,Uşaq,Yaşlı,Qadın,Ölüm,Todaypress.az,