Bessent: “Baydenin Rusiya enerji sektoruna sanksiyaları çox zəif idi”
“Cozef Baydenin administrasiyası dövründə Rusiya enerji sektoruna tətbiq edilən sanksiyalar çox zəif idi. Məhz bu səbəbdən Rusiya sanksiyalardan yayınmağı öyrənib və Ukraynadakı müharibəni maliyyələşdirməyə davam edir”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Nyu-York İqtisadi Klubunda çıxışında deyib.
Bayden administrasiyası prezidentliyinin son həftələrində Rusiya neftini daşıyan “kölgə donanmasına” qarşı sanksiyaları sərtləşdirsə də, Bessentin sözlərinə görə, bu addım əsasən siyasi məqsədlərə xidmət edib. Yeni administrasiya isə bu sanksiyalara yenidən baxmaq niyyətində olduğunu hələ ki, açıqlamayıb.
“Bu administrasiya gücləndirilmiş sanksiyaları qüvvədə saxlayır və sülh danışıqlarında təzyiq vasitəsi kimi ən güclü alətlərdən istifadə etməkdən çəkinməyəcək” Bessent bildirib.
Qiymət Mahir
tag: ABŞ,Maliyyə,Skott Bessent,Ukrayna,Tramp,Zelenski,Todaypress.az,