Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana səfər edəcək

Dünya

02.04.2025 08:43

945

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, danışıq zamanı BAEA rəhbərinin Tehrana səfəri ilə bağlı razılıq əldə olunub.

 

tag: Atom, Enerji, Rafael Qrossi, Abbas Əraqçi, İran, Danışıq, todaypress.az,