Bild: Avropa ABŞ qoşunlarının qitədən çıxarılmasından qorxur

Dünya

19.02.2025 19:00

1451

Avropa ölkələrinin hakimiyyət orqanları Moskva ilə dialoqun başlanmasını nəzərə alaraq, ABŞ prezidenti Donald Trampın administrasiyasının Amerika kontingentinin Avropa ərazisindən çıxarılması barədə qərar verə biləcəyindən ehtiyatlanır. 

TodayPress xəbər verir ki, bu barədə qitə ölkələrinin kəşfiyyat xidmətləri arasında olan mənbələrə istinadən “Bild” qəzeti yazıb.

Məlumata görə, Rusiya ilə ABŞ arasında dialoqa start verən Ər-Riyad danışıqları ilə bağlı Avropanın bir çox yerində ciddi narahatlıq var. Qərb siyasətçiləri bunun Avropa ərazisinin əhəmiyyətli hissəsində Amerika qoşunlarının mövcudluğunun sona çatmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. Eyni zamanda, nəşr xatırladır ki, Tramp əvvəllər ABŞ qüvvələrinin qitədən tam çıxarılması imkanını istisna edirdi.

"Bild" yazır ki, hazırda Aİ ölkələrinin səlahiyyətliləri təkcə Almaniyadakı Amerika Ramşteyn aviabazasının, eləcə də Böyük Britaniyadakı hərbi hava bazalarının gələcəyini şübhə altına almır. Nəşrin fikrincə, Vaşinqton və Moskva arasında dialoq iki fövqəldövlət arasında münasibətlərin yaxşılaşmasına səbəb olarsa, Avropanın qalan hissəsi dərin dəyişikliklərə hazırlaşmalıdır. 

Töhfə Səməd

tag: Dünya,Rusiya,ABŞ,Avropa,todaypress.az,