Bir ailənin 3 üzvü qazdan boğuldu

Dünya

02.05.2025 23:50

14

Rusiyanın Voronej vilayətində bir evin 3 sakini dəm qazından zəhərlənib.

TodayPress yerli mediaya istinadla bildirir ki, hadisə Sovetski rayonu, Deputatskaya küçəsindəki evdə baş verib.

Ölənlərin 54-62 yaş arasında olduğu bildirilir.

Onların mənzilində tək qaz kəmərinə qoşulmuş su ilə işləyən qaz qızdırıcısından istifadə olunub.

tag: Rusiya, Voronej, Dəm, Qaz, Zəhərlənmə, todaypress.az,