"Bitcoin" ABŞ kriptovalyuta ehtiyatının əsasını təşkil edəcək

Dünya

03.03.2025 14:45

2640

ABŞ prezidenti Donald Tramp  "Bitcoin" (BTC) və "Ethereum" (ETH) kriptovalyutalarının ABŞ-nin kriptovalyuta ehtiyatının əsasını təşkil edəcəyini açıqlayıb.    

TodayPress xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial əbəkə hesabında məlumat verib.

"BTC və ETH, eləcə də digər qiymətli kriptovalyutalar ehtiyatın mərkəzində olacaq. Mən də "Bitcoin" və "Ethereum"u sevirəm!" deyə Tramp qeyd edib.

Strateji ehtiyat olaraq Cardano (ADA), Solana (SOL) və Ripple (XRP) kriptovalyutaları da ABŞ-nin kriptovalyutasına daxil ediləcək. Tramp, Bayden administrasiyasının uzun illər davam edən korrupsiya hücumlarından sonra bu sənayenin inkişafını dəstəkləyəcəyini bildirib.

"Mən ABŞ-ni dünyanın kripto paytaxtı edəcəm. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik!" deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Trampın prezident seçkilərində qalib gəlməsindən əvvəl, Tramp ABŞ-ni "kripto gücə" çevirəcəyini və "Bitcoin"lərin strateji ehtiyat kimi istifadə olunacağını vəd etmişdi. O, həmçinin, süni intellekt və kriptovalyuta siyasətinə nəzarət edən ilk mövqenin yaradılacağını və Amerikanı bu sahələrdə dünya lideri etməyə çalışacağını açıqlamışdı.

Nicat Osman

tag: Bitcoin,ABŞ,Kriptovalyuta ,Ethereum,todaypress.az,