"Bitcoin"-nin qiyməti yüksəldi

Dünya

10.04.2025 01:32

24

ABŞ prezidenti Donald Trampın bəzi ölkələrə tətbiq etdiyi əlavə idxal rüsumlarının 90 günlük dayandırıldığını elan etməsindən sonra "Bitcoin"-nin qiyməti ticarət zamanı 6%-dən çox artıb.

TodayPress xəbər verir ki, bu barədə "Binance" platformasında qeyd olunub.

Hazırda "Bitcoin" 1,49% bahalaşaraq 78,310 dollar olub.

Aynur TAC

tag: Bitcoin, Dollar, Maliyyə, Kriptovalyuta,Tramp, todaypress.az,