"Bloomberg" : ABŞ-nın Çinə neft tədarükü sıfıra enə bilər

Dünya

10.04.2025 20:20

15

ABŞ-nın Çinə neft tədarükü ABŞ və Çin arasında ticarət münaqişəsinin kəskin artması səbəbindən yaxın gələcəkdə demək olar ki, sıfıra enəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edib ki, ABŞ-nın Çinə neft tədarükü son illərdə artıb, lakin ABŞ prezidenti Donald Trampın ardıcıl tariflər raundları sayəsində 2025-ci ilin böyük hissəsində azalma müşahidə olunub.

"Çin ABŞ-dan gələn mallara 84% rüsum tətbiq etdikdə, ABŞ xam neftinin dəyəri demək olar ki, iki dəfə artaraq bir barel üçün 51 dollar bahalaşacaq. Bu, ABŞ xam neftinin Çin neftayırma şirkətləri üçün istifadəsini qeyri-iqtisadi edir"  qeyd olunub.

ABŞ xam neftinin bəzi həcmləri Asiyadakı digər alıcılara yönləndiriləcək. Çin bunu Oman və ya Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrindən idxal etməklə kompensasiya edə bilər. Pekin Rusiya və İrandan enerji alışını da artıra bilər.

Rusiya Çinə neft tədarükçüləri arasında birinci yerdədir. Çin gömrüyünə görə, yanvar-fevral aylarında Çin Rusiyadan idxalını illik müqayisədə 12,6% azaldaraq 15,47 milyon tona çatdırıb.

Aynur TAC

tag: ABŞ, Çin, Neft,Rüsum, Asiya, Qİymət, todaypress.az,