Bloomberg: Aİ ABŞ-a ixraca məhdudiyyətlər qoya bilər
Avropa İttifaqı (Aİ) bəzi Avropa mallarının ABŞ-a ixracına məhdudiyyətlər tətbiq edə bilər.
TodayPress bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, bu addım Vaşinqtonla ticarət danışıqlarının qənaətbəxş nəticə vermədiyi təqdirdə çəkindirici vasitə kimi qiymətləndirilir.
Bundan əlavə, Brüssel ABŞ mallarına əlavə rüsum siyahıları tətbiq etməyi və Amerika şirkətləri üçün dövlət satınalmalarını məhdudlaşdırmağı düşünür.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəzi ölkələr üçün tətbiq etdiyi əlavə idxal tarifləri ilə bağlı 90 günlük güzəşt müddəti bitməmiş Aİ ilə razılaşmaya “çox əmin olduğunu” bildirmişdi.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. Rusiya siyahıda yoxdur. 10%-lik baza tarifləri aprelin 5-də, ölkələr üzrə fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib.
Aynur TAC
tag: ABŞ, Avropa İttifaqı, Vaşinqton, Tramp, todaypress.az,