Bloomberg: Makronun atəşkəs barədə bəyanatı həqiqəti əks etdirmir
Fransa Prezidenti Emmanuel Makronun Ukraynada müvəqqəti atəşkəs barədə Böyük Britaniya ilə razılığa gəldiyi haqda açıqlaması həqiqəti əks etdirmir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşrə görə, əslində belə bir razılaşma heç vaxt mövcud olmayıb.
“Böyük Britaniyanın bir rəsmisi bildirdi ki, atəşkəsin müddəti ilə bağlı heç bir razılaşma olmayıb” məqalədə deyilir.
Xatırladaq ki, “Le Figaro”ya müsahibəsində Makron Paris və Londonun Ukraynada 30 günlük atəşkəs üçün razılıq üzərində çalışdığını iddia etmişdi. Onun sözlərinə görə, bu müddət ərzində gələcək addımlar müəyyən edilərək münaqişənin həlli üçün genişmiqyaslı danışıqlara start verilə bilər.
Qiymət Mahir
tag: Fransa,Makron,Ukrayna,Böyük Britaniya,todaypress.az,