“Bloomberg”: Meloni Trampı qəzəbləndirməmək üçün tənqiddən yayınır
İtaliyanın Baş naziri Corca Meloni ABŞ prezidenti Donald Trampa qarşı açıq tənqiddən yayınmaqda ittiham olunur.
TodayPress xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbənin yazdığına görə, Meloni Trampın tarif siyasətindən azad olmaq ümidi ilə onun fəaliyyətinə dair hər hansı mənfi rəy bildirməkdən çəkinir.
“Meloni və onun komandası Trampın davranışından ciddi şəkildə narahatdır. O, ABŞ prezidentinə qarşı ictimai tənqiddən qaçır və istər tariflər, istərsə də Ukrayna münaqişəsinin həlli ilə bağlı verdiyi hər bir bəyanat diqqətlə ölçülüb-biçilir ki, Ağ Evdə narazılıq doğurmasın” İtaliya hökumətindəki mənbələr bildirir.
Meloninin yaxın zamanda Ağ Evi ziyarət etmək istədiyi qeyd olunur. Bildirilir ki, Baş nazir bu səfər vasitəsilə Avropa İttifaqından olan məhsullara qarşı tətbiq edilən tariflərdən “heç olmasa qismən azad olmaq” istəyir. Hələlik səfərin dəqiq tarixi müəyyən edilməyib.
Qiymət Mahir
tag: İtaliya,Meloni,ABŞ,Tramp,Todaypress.az,