Bloomberg: Putin atəşkəs üçün Trampa şərt qoydu

Dünya

18.03.2025 17:30

777

Rusiyanın prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs zamanı Ukraynaya bütün silah təchizatlarının dayandırılmasını tələb edib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Hər iki liderin martın 18-də telefonla danışacağı və əsas məqsədin Kiyevin artıq qəbul etməyə hazır olduğu 30 günlük atəşkəsin müzakirə olunacağı bildirilir.

Nəşrə görə, Putin keçən həftə Trampın nümayəndəsi Stiv Uitkoff ilə görüşüb və silah satışlarının dayandırılmasını atəşkəs sazişinin imzalanması üçün ön şərt olaraq irəli sürüb.

Bu barədə məlumatlı olan Avropa rəsmisi və Moskvada Rusiyanın mövqeyi ilə tanış olan üç şəxs açıqlama verib.

“Rusiya Ukraynaya silah satışlarının dayandırılmasını istəyir, lakin əsas məqsəd ABŞ-nin hərbi yardımının dayandırılmasıdır” deyə iki moskvalı bildirib.

Avropa rəsmisi isə əlavə edib ki, Avropa atəşkəs zamanı Ukraynaya silah tədarükünün dayandırılması tələbinə çox ehtiyatla yanaşır. Onun sözlərinə görə, belə bir nəticə, Rusiyanın hərbi əməliyyatların dayandırıldığı dövrdə silahlanmasını bərpa etməsinə imkan verə bilər. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Rusiya,Putin,Şərt,Todaypress.az,