Bloomberg: Starmer Avropanı yeni reallığı qəbul etməyə çağıracaq
Yaxın günlərdə Böyük Britaniyada Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrinin sammiti keçiriləcək. Görüşdə Avropanın müdafiə qabiliyyəti və Ukraynadakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq. London görüşündə Böyük Britaniyanın baş naziri Keir Starmer də iştirak edəcək və Avropanı yeni reallığı qəbul etməyə çağıran sərt bəyanatla çıxış edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşrə görə, Aİ ölkələri hazırda öz qüdrətini ABŞ-yə nümayiş etdirməyə çalışır. Avropa sübut etmək istəyir ki, hələ də qlobal miqyasda əhəmiyyətli rol oynayır və Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etməlidir.
“Avropa liderləri anlamalıdır ki, Ukraynanı dəstəkləyən gurultulu nitqlər kifayət etməyəcək. ABŞ prezidenti Donald Trampın onların istədiyi təhlükəsizlik zəmanətlərini qəbul etməsinə nail olmaq üçün daha ciddi addımlar atılmalıdır” deyə məqalənin müəllifi vurğulayıb.
Qiymət Mahir
tag: Keir Starmer,Aİ,ABŞ,Böyük Britaniya,todaypress.az,