“Bloomberg”: Tramp kriptovalyuta ilə bağlı mühüm fərman imzalayacaq
ABŞ-nin yeni administrasiyasına yaxın mənbələrin verdiyi məlumata görə, hökumət hazırda rəqəmsal aktivlərə münasibətdə siyasətin yenidən nəzərdən keçirilməsini və kriptovalyuta ilə bağlı məhkəmə işlərinin dayandırılmasını nəzərdə tutan fərmanın hazırlanması üzərində işləyir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, fərman layihəsi bütün dövlət qurumlarına kriptovalyutalara dair mövcud siyasətin yenidən qiymətləndirilməsinə direktiv verəcək.
Bundan başqa, kriptovalyuta sənayesinin siyasi prioritetlərini müdafiə etmək məqsədilə xüsusi məsləhətçi şura yaradılması planlaşdırılır.
“Bloomberg”in məlumatına görə, bu fərman yeni seçilmiş prezident Donald Trampın 20 yanvarda keçiriləcək inaqurasiya günü elan oluna bilər. Lakin hazırkı layihənin rəsmi elan olunmadan dəyişdirilə biləcəyi də iddia olunur.
Günəş Mərd
tag: ABŞ, Siyasi, Məhkəmə,Fərman, todaypress.az,