Bloomberg: Tramp Rusiya ilə dialoqu qorumaq istəyir

Dünya

15.04.2025 19:30

15

“Vaşinqton “sülh danışıqları üçün məkan saxlamaq” niyyətindədir”.

TodayPress “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ administrasiyası Rusiyanın Sumıya endirdiyi raket zərbəsini qınayan G7 birgə bəyanatına qoşulmaqdan imtina edib.

Agentliyin məlumatına görə, prezident Donald Trampın komandası bu qərarı Kreml ilə danışıqları davam etdirmək istəyi ilə izah edir. Rəsmi Vaşinqton bu yanaşmanı “sülh danışıqları üçün siyasi məkanın qorunması” kimi xarakterizə edir.

Qeyd edək ki, bəyanatın ilkin mətnində Sumıya endirilmiş raket hücumu nəticəsində 35 nəfərin həlak olduğu hücum Moskvanın sülhə deyil, müharibəni davam etdirməyə meylli olduğunu göstərən nümunə kimi yer almışdı.

ABŞ imza atmadığı üçün G7-nin bu bəyanatı qrup şəklində qəbul etməsi mümkün olmayacaq. Kanada artıq “Yeddilik” üzvlərini bu barədə rəsmi şəkildə məlumatlandırıb.

Qiymət Mahir

tag: ABŞ,Vaşinqton,Rusiya,Moskva,Sumı,todaypress.az,