Bloomberg: “Transatlantik alyans Münhen Konfransında “öldü”

Dünya

17.02.2025 17:06

2208

“ABŞ-nin Münhen Təhlükəsizlik Konfransında müttəfiqlərinə verdiyi mesaj Avropa üçün şok effekti yaradıb və transatlantik alyansı “klinik ölümə” aparıb”.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg”in şərhçisi Mark Çempion yazıb. Onun fikrincə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens konfransda Avropaya qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirib və onun çıxışı Avropanın təhlükəsizliyinin gələcək perspektivlərini dəyişdirəcək mesajlarla dolu olub.

Məqalədə bildirilib ki, Vensə görə, Avropa böyük güclərlə – ABŞ, Rusiya və bəlkə də Çinlə eyni masa arxasında oturmaq üçün kifayət qədər güclü deyil.

Bu kontekstdə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa müdafiəsini gücləndirmək üçün irəli sürdüyü təkliflər mühüm əhəmiyyət kəsb etsə də, “azı on il gecikib”. Müəllif ötən həftənin Avropa üçün sadəcə xəbərdarlıq deyil, ən böyük qorxularının reallığa çevrildiyi an olduğunu vurğulayıb. “Avropalı liderlər və müdafiə sahəsinin təmsilçiləri artıq başa düşürlər ki, onlar öz talelərinə buraxılıblar.

ABŞ-nin NATO-nun 5-ci maddəsi üzrə kollektiv müdafiə öhdəliyini yerinə yetirəcəyinə arxalana bilməzlər və Tramp onları Ukrayna ilə bağlı sazişə daxil etmək istəmir” məqalədə vurğulanır.

Çempion qeyd edib ki, Avropa hələ də ABŞ-yə ehtiyac duyur və bunu yaxşı bilir, amma Trampın rəhbərlik etdiyi ABŞ artıq Avropanı lazımlı hesab etmir.

Qiymət Mahir

tag: ABŞ,Münhen,Konfrans,Mark Çempion,Todaypress.az,