BMT açıqladı: Ötən il ticarət dövriyyəsi rekord səviyyədə oldu
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) qlobal ticarətin 2024-cü ildə 3,7 faiz artaraq rekord həddə - 33 trilyon dollara çatdığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “UNCTAD” məlumat yayıb.
Hesabata görə, qlobal ticarətdəki artımın hərəkətverici qüvvəsi xidmət ticarəti və inkişaf etmiş iqtisadiyyatlar olub. Belə ki, xidmət ticarəti il ərzində 9% artaraq qlobal ticarətə 700 milyard dollar töhvə verib. Bu ümumi artımın təxminən 60%-nə bərabər olub.
Sənəddə həmçinin mal və məhsul ticarətinin ötən il 2% artaraq qlobal ticarətə 500 milyard dollar töhfə verdiyi bildirilib.
Hesabatda 2024-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatların il ərzində 4%, dördüncü rübdə isə 2% artaraq, inkişaf etmiş iqtisadiyyatları üstələdikləri qeyd olunub. Bu artım Şərqi və Cənubi Asiyadan qaynaqlanıb.
Belə ki, Çin və Hindistanın qlobal ticarəti yüksəlib. Rusiya, Cənubi Afrika və Braziliyada durğunluq olub.
tag: BMT,Ticarət,Rekord,Səviyyə,Todaypress.az,