BMT Azərbaycan - Ermənistan arasında müzakirələri ALQIŞLAYIR

Dünya

14.03.2025 22:20

2013

BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlayır.

TodayPress xəbər verir ki, bunu report-a açıqlamasında BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib.

S.Düjarrik əlavə edib ki, Baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamalarını təqdir edir: “O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir”.

tag: BMT, Qutterreş, Azərbaycan, Ermənistan, Stefan, todaypress.az,