BMT Baş katibi Trampın Qəzza zolağı ilə bağlı planından narahatdır
BMT Baş katibi beynəlxalq hüququn
pozulmasının qarşısını almağa və üzv dövlətlərə bunu dəstəkləmək üçün vəzifələrini
yerinə yetirməyə çağırır.
TodayPress xəbər verir ki, bunu baş katibin sözçüsü
Stefan Dujarrik ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını Birləşmiş
Ştatların nəzarətə götürməyi nəzərdə tutuduğuna dair açıqmasına münasibət
bildirərkən deyib.
S.Dujarrik bildirib ki, məsələnin müzakirəsi üçün
A.Quterreş və D.Tramp arasında telefon danışığı üçün Baş Katibliklə ABŞ hökuməti
arasında əlaqə qurulub: “Həll yolları axtararkən bizim tapdığımız hər hansı yol
beynəlxalq hüququn təməlində dayanmalıdır” sözçü əlavə edib.
Qeyd edək ki, D.Tramp fevralın 4-də İsrailin baş naziri
Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə
bağlı gözlənilməz təklif irəli sürüb. O, qeyd edib ki, Birləşmiş Ştatlar
fələstinlilərin ərazidən çıxarılmasını və bölgəni nəzarətə götürərək onu
iqtisadi baxımdan inkişaf etdirib, müxtəlif xaqların sülh şəraitində yaşaya
biləcəyi mükəmməl məkana çevirməsini nəzərdə tutur.
tag: ABŞ, Qutterreş, Tramp, Qəzza, Beynəlxalq, todaypress.az,