BMT Baş katibi yeni təkliflər hazırlayır

Dünya

03.05.2025 13:30

15

BMT Baş katibi Antonio Quterreş yaxın həftələrdə təşkilata üzv dövlətlərə BMT-nin islahatı ilə bağlı yeni təkliflər təqdim edəcək.

TodayPress xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik məlumat verib. 

Onun sözlərinə görə, təşəbbüs üç əsas istiqaməti əhatə edir: resursların optimallaşdırılması, mandatların yenidən təşkili və BMT sistemində struktur dəyişiklikləri.

“Baş katib yaxın həftələrdə üzv dövlətlərə hesabat verəcək, çünki bu prosesdə onların iştirakı vacibdir” deyə Düjarrik bildirib.

Qeyd edək ki, mart ayında Quterreş “BMT-80” adlı təşəbbüsün başladıldığını elan etmişdi. Layihəyə təşkilatın fəaliyyətinin təhlili və xərclərin azaldılması məqsədilə audit də daxildir.

Qiymət Mahir

tag: BMT,Baş katib,Antonio Quterreş,İslahat,todaypress.az,