BMT Əfqanıstandakı missiyasının mandatını uzatdı
BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım
Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.
TodayPress xəbər verir ki, Əfqanıstanla bağlı
keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul
edilib.
Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik
edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı
bildirilib.
Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı
qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə
yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var.
tag: BMT, Əfqanıstan, UNAMA, Qətnamə, Kabil, todaypress.az,