BMT əməkdaşı öldürüldü
BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları
tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.
TodayPress xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
"Ümumdünya
Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən
sarsılıb" məlumatda qeyd olunub.
Məlumata
görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir
saxlayırdılar.
Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.
tag: BMT, Yəmən, Əsir, Ölüm, Ərzaq, todaypress.az,