BMT əməkdaşlarının olduğu təyyarə təcili eniş etdi

Dünya

01.04.2025 16:59

1269

Somalinin paytaxtı Moqadişoda BMT əməkdaşlarını daşıyan təyyarə təcili eniş edib.   

TodayPress xəbər verir ki, bu barədə “Arlaadi Media” telekanalı  “X” platformasındakı rəsmi hesabında məlumat yayıb.   

Məlumata görə, “UN684” reysi texniki nasazlıq səbəbindən Baydabo şəhərinə eniş edə bilmədiyi üçün Moqadişoda məcburi eniş edib.   

Təyyarədə 17 BMT əməkdaşı olub.

Bütün sərnişinlər uğurla təxliyə edilib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.   

Aysel Mətləb

tag: BMT,Somali,Moqadişu,Təyyarə,Eniş,Todaypress.az,