BMT hakimi istismara görə həbs edildi
Böyük Britaniyada Oksford məhkəməsi BMT-nin sabiq hakimi, 50 yaşlı Lidiya Muqambeni 6 il 4 ay azadlıqdan məhrum edib.
TodayPress “The Guardian”a istinadən xəbər verir ki, o, Uqandadan gətirdiyi qadını məcburi işlətməkdə, onu qorxutmaqda və miqrasiya qanunlarını pozmaqda təqsirli bilinib.
Muqamabe qadına daimi iş tapmağa icazə verməyib, onu ev işləri və uşaq baxımı üçün məcbur edib.
Zərərçəkən qadın məhkəmədə bildirib ki, Muqambenin Uqandadakı nüfuzuna görə daim qorxu içində yaşayıb və ölkəsinə qayıtmaqdan ehtiyat edir.
Məhkəmə Muqambeyə zərərçəkənlə əlaqə saxlamağı da qadağan edib.
Qiymət Mahir
tag: BMT ,Britaniya,Uqanda,Məhkəmə,Həbs,todaypress.az,