BMT-nin Qəzzadakı qonaq evi hədəfə alındı: ölən və xəsarət alanlar var

Dünya

19.03.2025 22:10

1969

BMT-nin Qəzzadakı bir kompleksinin zədələnməsi nəticəsində BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Hadisənin başvermə şəraiti hələlik aydın deyil.

TodayPress xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib.

BMT rəsmisi bildirib ki, partlayıcı sursat binaya atılıb və hədəf alınan bina BMT-nin qonaq evlərindən biri olub.

F. Haq əlavə edib ki, hadisənin dəqiq təfərrüatları, qurbanların kimliyi və istifadə olunan silah növü barədə hələ təsdiqlənmiş məlumat yoxdur: “Biz baş verənlər barədə ətraflı və dəqiq məlumat almağa çalışırıq. Bu hücumu qınayırıq. BMT heyəti və onun obyektləri bütün tərəflər tərəfindən qorunmalıdır”.

tag: BMT, Qəzza, Bina, Hədəf, Partlayıcı ,todaypress.az,