BMT-nin qonaq evinə zərbə endirildi
İsrail Müdafiə Qüvvələri (IDF) Deyr əl-Bələh şəhərində təşkilatın humanitar işçilərinin yerləşdiyi BMT-nin qonaq evinə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının mərkəzində şəhərə edilən hücum nəticəsində yaralanan 4 BMT işçisi təcili yardım maşını ilə Əl-Əqsa xəstəxanasına çatdırılıb.
Daha sonra təşkilatın əməkdaşlarından birinin xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.
Onun əcnəbi olduğu bildirilir.
Aysel Mətləb
tag: İsrail,Qəzza,BMT,Zərbə,Todaypress.az,