BMT Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışladı
BMT Rusiya Prezidenti Vladimir Putinin
Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb.
TodayPress xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü
Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.
Sözçü əlavə edib ki, iki ölkə arasında davamlı sülhün
olacağına ümidlidir: “Əlbəttə ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki bu
münaqişədə görünməyən faciə var. Atəşkəs Baş katibin qeyd etdiyi parametrlər
çərçivəsində ədalətli və davamlı sülhün yolunu açacaq” sözçü deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynada
hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib. Bununla
yanaşı, Putin bildirib ki, atəşkəs münaqişənin əsas səbəblərini həll etməli,
bir çox detallar aydınlaşdırılmalıdır.
tag: BMT, Ukrayna, Rusiya, Putin, Atəşkəs, todaypress.az,