BMT: "Qəzza zolağında humanitar ehtiyatlar tükənir"

Dünya

15.04.2025 01:45

16

"Qəzza zolağında humanitar yardım ehtiyatları tükənmək üzrədir"

TodayPress xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini bildirib.

"Yığdığımız tədarük o dərəcədə tükəndi ki, indi çörəklə beləi təmin edə bilmirik. Ərzaq paylanmasının son raundunu başa vurduq və  demək olar ki, 10 günlük yemək ehtiyyatı qalıb" o bildirib.

Lazzarininin sözlərinə görə, bu ilin əvvəlində əldə edilmiş qısa atəşkəs sübut etdi ki, siyasi iradə olarsa, humanitar yardım ehtiyacı olanlara çata bilər.

“Atəşkəs dövründə biz Qəzzaya atəşkəsdən əvvəlki 15 aydan daha çox təchizat gətirdik. Bu, onun göstəricisidir ki, əgər iradə varsa, biz bunu həyata keçirə bilərik” o əlavə edib.

Aynur TAC


O qeyd edib ki, Qəzza zolağı "tamamilə bağlanıb", çünki İsrail Həmas-a təzyiq göstərmək və anklavın sakinlərini ona qarşı qoymaq istəyir. "Qəzza zolağına humanitar yardım hazırda silahlandırılıb", - UNRWA rəhbəri əlavə edib.


Martın 18-də İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa etdi və HƏMAS-ın hədəflərinə bir sıra zərbələr endirib, bununla da anklavda 2025-ci ilin yanvarından qüvvədə olan atəşkəs rejimini kəsdi. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bu addımı ABŞ envotu ilə danışıqlardan sonra HƏMAS-ın irəli sürdüyü təklifləri rədd etməsi ilə izah etdi.

tag: Qəzza, Humanitar, Yardım, BMT, Filip, Tədarük, todaypress.az,