BMT: Qəzzada 1 milyondan çox insan qidasız qala bilər

Dünya

19.03.2025 13:03

1696

Qəzza zolağına humanitar yardım bərpa edilməzsə, 1 milyondan çox insan mart ayında ərzaqsız qalacaq.

TodayPress xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

"Ehtiyatlar sürətlə tükənir və çatışmazlığın öhdəsindən gəlmək üçün BMT tərəfdaşları ailələrə ərzaq yardımını kəskin şəkildə azaldır, un və təzə məhsulların paylanmasını dayandırır və icma mətbəxlərində isti yeməklərin həcmini azaldır" bəyanatda deyilir.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın 19-da atəşkəs ilə bağlı razılığa gəliblər.

Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Martın 18-də isə İsrail Qəzzada döyüşləri bərpa etdiyini açıqlayıb. 

Töhfə Səməd

tag: BMT,Qəzza,Aclıq,Ərzaq,Ehtiyat,Tükənmə,Todaypress.az,