BMT Somalidə üçün təcili yardım çağırışı etdi

Dünya

01.05.2025 19:30

12

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) Somalidə daşqınlardan zərər çəkən 45 min nəfərə yardım üçün beynəlxalq ictimaiyyətə təcili çağırış edib.

TodayPress xəbər verir ki, aprelin 15-dən etibarən ölkənin müxtəlif bölgələrində yağan leysan yağışlar nəticəsində baş verən daşqınlar azı dörd nəfərin, o cümlədən iki uşağın həyatına son qoyub. 

Ümumilikdə 45 mindən çox insan təbii fəlakətdən təsirlənib.

OCHA-nın məlumatına görə, hazırda əsas ehtiyaclar sığınacaq, sanitariya şəraiti və əhalinin təhlükəsiz yerlərə köçürülməsidir. Lakin bu yardımların göstərilməsi, xüsusilə yerli qeyri-hökumət təşkilatları üçün ciddi maliyyə çatışmazlığı səbəbindən çətinləşib.

Qeyd edək ki, daşqınlara səbəb olan “Gu” yağış mövsümü adətən aprelin ortasında başlayır. 

Qiymət Mahir

tag: BMT,Somali,Təbii fəlakət,Yardım,todaypress.az,