BMT Suriyadakı zorakılığı pislədi
BMT Təhlükəsizlik Şurası Suriyanın sahilyanı ərazilərində zorakılığı pisləyən bəyanat layihəsini üzv dövlətlərlə razılaşdırıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır.
Qeyd edək ki, martın 6-da Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları yeni hakimiyyətin təhlükəsizlik əməkdaşlarına qarşı hücum keçiriblər.
Bu hadisələrin fonunda Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkədə toqquşma törədənlərin məsuliyyətə cəlb edilməsi üçün komitə yaradılacağını bildirib.
Türkan İsgəndərli
tag: BMT,Suriya,Zorakılıq,Bəyanat,Todaypress.az,