BMT: Tramp qlobal ticarət sistemini böhrana aparır

Dünya

05.04.2025 11:30

2798

ABŞ prezidenti Donald Trampın aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara qarşı tətbiq etdiyi yüksək gömrük rüsumları dünya ticarət sistemini tənəzzülün astanasına gətirib. 

TodayPress “RIA”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir. 

Sənəddə bildirilib ki, Trampın proteksionist addımlarına cavab olaraq böyük iqtisadiyyatlar da yeni, sərt rüsumlar tətbiq etməyə hazırlaşır.

Bu isə qlobal miqyasda artım, investisiyalar və inkişaf sahələrində irəliləyişi risk altına alır. “UNCTAD xəbərdarlıq edir ki, qlobal ticarət sistemi kritik mərhələyə daxil olur.

Bu, xüsusilə zəif iqtisadiyyatlar üçün ciddi təhlükə yaradır” deyə hesabatda qeyd olunub.

Donald Tramp öz qərarını ABŞ-nin artan ticarət balansı kəsiri ilə əsaslandırıb. Prezident bəyan edib ki, bu rüsumlardan yayınmaq üçün ya istehsal ABŞ ərazisinə köçürülməlidir, ya da ABŞ mallarına qarşı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmalıdır.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür addımlar dünya üzrə ticarət gərginliyini daha da artıracaq və qlobal iqtisadiyyatın bərpasını ləngidəcək.

Qiymət Mahir

tag: BMT,Tramp,ABŞ,Qlobal,Ticarət,Böhran,Todaypress.az,