BMT Tramp və Putin arasındakı telefon danışığını müsbət qiymətləndirdi
BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya
Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət
qiymətləndirib.
TodayPress xəbər verir ki, bunu BMT Baş katibinin
sözçüsünün müavini Farhan Haq bu danışığı Rusiya – Ukrayna münaqişəsinin həlli
yolunda atılmış müsbət addım olduğunu deyib.
“Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal
önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları
və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır” o
bildirib.
Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri
Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı.
tag: BMT, ABŞ, Rusiya, Tramp, Putin, Telefon, todaypress.az,