BMT Trampın siyasətindən narahatdır
“ABŞ prezidenti Donald Trampın administrasiyasının siyasəti hər kəsi narahat edir”.
TodayPress xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
"Biz uzun onilliklər ərzində ABŞ-nin insan hüquqları üzrə ikitərəfli dəstəyindən istifadə etmişik. Mən indi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən əsaslı dəyişiklikdən dərin narahatam" BMT nümayəndəsi vurğulayıb.
O, həmçinin Vaşinqtonun təşkilata maliyyə yardımını dayandırmasının mənfi nəticələrinə də diqqət çəkib. Tramp administrasiyasını diskriminativ ritorika və manipulyasiyada ittiham edib.
Türkan İsgəndərli
tag: Tramp ,ABŞ,BMT,Volker Türk,Ali Komissar,todaypress.az,