BMT Ukraynada atəşkəsi alqışlayacaq
Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə
edilə bilsə, BMT bunu alqışlayacaq və atəşkəsin uzunmüddətli sülhə
çevriləcəyinə ümid edəcək.
TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə
qurumun rəhbəri Antoniu Quterriş məlumat verib.
“Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki
çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki,
bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”, - o deyib.
Xatırladaq ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə
heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıb. Danışıqların
yekununda verilən birgə bəyanatda xüsusilə qeyd olunur ki, Kiyev 30 günlük
atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır.
Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini dərhal
bərpa edəcəyinə söz verib.
tag: BMT, Ukrayna, Sülh,Rusiya, todaypress.az,