BMT: “Ukraynada daimi atəşkəsə ehtiyac var”
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (İHAK) rəsmi nümayəndəsi Elizabet Trossell Ukraynada daimi atəşkəsin vacibliyini vurğulayıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Trossell bildirib ki, hərbi əməliyyatların dayandırılması yalnız müvəqqəti tədbir olmamalı, sülhə doğru ciddi addım kimi qiymətləndirilməlidir.
“Mülki əhali arasında itkilərə və infrastrukturun dağıdılmasına son qoymaq üçün istənilən atəşkəs daimi xarakter daşımalıdır” deyə o əlavə edib.
Aysel Mətləb
tag: İHAK,Elizabet Trossell,Ukrayna,Mülki əhali ,todaypress.az,