BMT Ukraynada rus əsirlərinə işgəncə verilməsi ilə bağlı xəbərlərdən narahatdır

Dünya

02.05.2025 21:00

11

Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsi Ukraynada Rusiya hərbi əsirlərə qarşı işgəncələrdən narahatlığını bildirib,

TodayPress xəbər verir ki, bu barədə komitənin iclasından sonra yaydığı press-relizdə qeyd olunub.

“Komitə Ukrayna qüvvələri tərəfindən rus hərbi əsirlərinə qarşı işgəncə, pis rəftar və digər pozuntular barədə məlumatlardan narahatlığını ifadə edib" 

O, işgəncənin qadağan edilməsinin mütləq və heç bir istisna halın işgəncəyə bəraət qazandıra bilməyəcəyini, bu qadağadan irəli gələn öhdəliklərin qarşılıqlı münasibətə tabe olmadığını açıqlayıb.

Aynur TAC

tag: Ukrayna, Rusiya, BMT, Əsir, İşgəncə, todaypress.az,