"BMW" süni intellektlə təmin olunacaq
Alman avtomobil markası "BMW", Çinin elektron ticarət nəhəngi "Alibaba" ilə əməkdaşlıq edərək yeni elektrik avtomobilləri xətti olan “Neue Klasse”ni süni intellektlə təchiz etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Carscoops" nəşri məlumat yayıb.
Nəşrinin məlumatına görə, "BMW"nin gələn il təqdim edəcəyi "Neue Klasse" xəttinin elektrik avtomobilləri, "Alibaba"nın süni intellekt texnologiyasından istifadə edəcək.
Bu əməkdaşlıq, "BMW"nin Çindəki bazar payını gücləndirmək və daha müasir texnologiya ilə avtomobillərini təchiz etmək üçün atdığı mühüm bir addımdır.
Qeyd edək ki, yeni modelin təqdimatından sonra, bu texnologiya avtomobilin daha ağıllı və interaktiv xüsusiyyətlərə sahib olmasına imkan yaradacaq.
Aysel Mətləb
tag: BMW,Alibaba,Əməkdaşlıq,Süni İntellekt,Todaypress.az,