Boliviyada avtobus qəzası nəticəsində azı 31 nəfər öldü
Boliviyada azı 31 nəfərin ölümü və bir neçə
nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat
yayıb.
Hadisə fevralın 17-də ölkənin cənub-qərbində, Yokalla
bələdiyyəsində dağ yolunda olub.
Yerli iqtidar orqanlarının məlumatına görə, avtobus
sürücüsü nəqliyyat vasitəsinə nəzarəti itirib və bu da təxminən 800 metr
hündürlükdən düşüşə səbəb olub. “Sürücü, ehtimal ki, idarəetməni itirib və bu
da avtobusun dərəyə yuvarlanmasına səbəb olub”, – yerli xəstəxanada olan polis
əməkdaşı bildirib.
Yaralılardan 10 böyük və 4 uşaq xəstəxanaya
yerləşdirilib, onlardan bir neçəsi reanimasiyadadır. Xəstəxananın nümayəndəsi
videomüraciətində bəzi zərərçəkənlərin vəziyyətinin kritik olaraq qaldığını
vurğulayıb.
Avtobusun hərəkət etdiyi dağlıq ərazi kəskin döngələri və
təhlükəli sahələri ilə tanınır. Polis əməkdaşlarının sözlərinə görə, avtobusun
sürəti faciədə əsas rol oynamış ola bilərdi.
tag: Yokkala, Xəstəxana,Qəza, Boliviya,Ölüm, todaypress.az,