Boliviyada yağış 28 nəfərin həyatına son qoydu
Boliviyada güclü yağış səbəbindən baş verən daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb, 4 nəfər itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, yağışlar ölkənin 9 əyalətindən səkkizinə təsir edib.
Boliviyanın 27 rayonunda fövqəladə vəziyyət elan edilib. Onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas əyalətində yerləşir.
Boliviya Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırıb.
Nicat Osman
tag: Boliviya,Güclü yağış,La-Pas,Milli Hava və Hidrologiya Xidməti,todaypress.az,