Bolqarıstanda 92 kiloqram həşiş müsadirə olundu

Dünya

14.04.2025 17:52

20

Bolqarıstan gömrük orqanları ölkənin şimal-qərbində, Rumıniya ilə sərhəddə yerləşən Vidin şəhərində 92 kiloqrama yaxın həşiş müsadirə edib. 

TodayPress xəbər verir ki, bu barədə Bolqarıstan Milli Gömrük Agentliyi (NCA) məlumat yayıb.

Qanunsuz narkotik vasitə İrlandiyadan Türkiyəyə qazlı içki konsentratı daşıyan yarımqoşqulu yük maşınının sürücü kabinəsində aşkar edilib.

Həşiş maddəsi ümumilikdə 94 bağlamada gizlədilmiş formada olub.

Gömrük Agentliyinin məlumatına görə, bu, son 12 ildə Bolqarıstanda tək bir əməliyyatla müsadirə olunan ən böyük həşiş miqdarıdır. Ələ keçirilən narkotik vasitələrin ümumi dəyəri təxminən 700 min ABŞ dolları olaraq qiymətləndirilir.

Yük avtomobilinin sürücüsü hadisə yerində saxlanılıb. Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.

Agentlik bildirib ki, bu yoxlama, Bolqarıstanın Şengen zonasına tamhüquqlu üzv olması ilə daxili sərhəd nəzarətlərinin ləğvindən sonra həyata keçirilən kompensasiyaedici nəzarət tədbirləri çərçivəsində aparılıb. 

Qiymət Mahir

tag: Bolqarıstan,92 kiloqram,Həşiş,Müsadirə,Todaypress.az,