Böyük Britaniya Qara dəniz bölgəsinə iddialıdır

Dünya

29.04.2025 10:30

10

Rusiya prezidentinin köməkçisi, Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev bəyan edib ki, Böyük Britaniyanın hərəkətləri Qara dəniz regionuna iddiaları göstərir. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Patruşev bildirib ki, Böyük Britaniya Qara dəniz bölgəsinə girmək üçün çox həvəslidir. 

“İngiltərə artıq “mina əleyhinə koalisiya” yaradıb və indi öz donanmasının gəmiləri ilə ticarət gəmilərini müşayiət etməyi planlaşdırır” o deyib.

Töhfə Səməd 

tag: Rusiya ,Dəniz Kollegiyası,Nikolay Patruşev,Böyük Britaniya,Qara dəniz,todaypress.az,