Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları
genişləndirərək siyahıya 40 gəmi də daxil olmaqla 107 maddə əlavə edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" ölkənin Xarici
İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində
Şimali Koreyanın müdafiə naziri No Qvan-Çxol və generallara qarşı sanksiyalar
tətbiq edilib.
Bundan əlavə, Rusiya Federasiyasına elektronika
tədarükünə görə Mərkəzi Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin
şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
tag: Britaniya, Rusiya, Sanksiya, XİN, Gəmi, todaypress.az,