Böyük Britaniya Ukraynaya kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək
Böyük Britaniya kəşfiyyat xidmətləri Ukraynaya öz məlumatlarını ötürməyə davam edəcək, lakin ABŞ-dən əldə olunan kəşfiyyat məlumatlarını paylaşa bilməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən xəbər verib.
Nəşrə görə, Böyük Britaniyanın kəşfiyyat potensialı ABŞ ilə müqayisədə daha zəif olsa da, London Kiyevə öz təhlillərini və müstəqil şəkildə topladığı məlumatları təqdim edəcək. Bunlar arasında peyk görüntüləri, yerüstü stansiyalardan, Rivet Joint tipli təyyarələrdən və hətta Ukrayna ərazisində gizli fəaliyyət göstərən yerüstü qüvvələrdən əldə olunan informasiyalar var. Həmçinin açıq mənbələrdən toplanan məlumatlar da mövcuddur.
Keçmiş Britaniya rəsmilərindən birinin sözlərinə görə, bu məlumatlar ABŞ-dən itirilmiş kəşfiyyatın yerini tam doldura bilməsə də, Ukraynaya mümkün hücumlar barədə əvvəlcədən xəbər almaq və Rusiya ərazisinin dərinliklərində zərbələr endirmək imkanı verir.
Qeyd edək ki, martın 6-da Fransa müdafiə naziri Sebastyan Lekornu da ölkəsinin Ukrayna ilə öz suveren kəşfiyyat məlumatlarını paylaşdığını açıqlayıb.
Qiymət Mahir
tag: britaniya,Ukrayna,Kəşfiyyat,Məlumat,Todaypress.az,