Böyük Britaniya Ukraynaya quru və hava qüvvələri göndərməyə hazırdır
Böyük Britaniya hökuməti Ukraynada sülhün təmin olunması üçün quru və hava qüvvələrini göndərməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə birgə mətbuat konfransında bildirib.
“Açıq şəkildə bildirirəm ki, Böyük Britaniya quru qoşunları və hərbi təyyarələr göndərməyə hazırdır. Biz müttəfiqlərimizlə birlikdə bu proses üzərində işləyirik” deyə Starmer vurğulayıb.
O əlavə edib ki, London və Vaşinqton ABŞ-nin Ukraynaya göndəriləcək Avropa hərbi kontingenti üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə davam edəcək. Starmer Ukrayna ilə bağlı ədalətli və sərt sülh planı üzərində işlədiklərini və Trampın hakimiyyətə gəlməsinin tarixi sülh sazişi imzalamaq üçün fürsət yaratdığını qeyd edib.
Qiymət Mahir
tag: Böyük Britaniya,Ukrayna,Ordu,Sülhməramlı,Todaypress.az,